Modern.az

Bir ayda Azərbaycandan Türkiyəyə 54,9 min turist gedib

Bir ayda Azərbaycandan Türkiyəyə 54,9 min turist gedib

Aktual

29 İyun 2019, 20:43

2019-cu ilin aprel ayında Azərbaycandan 54,9 min turist Türkiyəyə səfər edib.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,03 azdır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,67 faiz olduğunu açıqlayıb.

2019-cu ilin ilk 4 ayında Azərbaycandan Türkiyəyə 213,3 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 0,30 faiz çoxdur.

Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 2,44 faiz təşkil edib.

Ümumilikdə isə bu ilin aprel ayında Türkiyəyə 3,293 milyon turist səfər edib. Bu rəqəm ötən ilin apreli ilə müqayisədə 24,01 faiz çoxdur.

Aprel ayında daha İstanbula 1,3 milyondan çox, Antalyaya isə 931 min turist səfər edib.

2019-cu ilin yanvar-aprel aylarında Türkiyəyə ümumilikdə 8,735 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 12,22 faiz çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı