ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş başlayıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, iki ölkə lideri ilk dəfə Koreya yarımadasını iki hissəyə bölən hərbi-demarkasiya xətti üzərindən bir-birinin əlini sıxıblar.
Bildirilir ki, tərəflər arasında görüş Cənubi Koreya və KXDR arasında hərbsizləşdirilmiş zonada yerləşən Pxanmuncom danıqışlar məntəqəsində keçirilir
***
Saat 10:10
ABŞ Prezidenti Donald Tramp Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya (hərbsizləşdirilmiş) zonasında Şimali Koreya lideri Kim Çen In ilə görüşəcək.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Mun Ce-in Seulda ABŞ Prezidenti Donald Tramp ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Donald Tramp, öz növbəsində, bu faktı təsdiqləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 29-da özünün Tvitter səhifəsində Cənubi Koreyada səfərdə olacağını, əgər Sədr Kim istəyərsə, demilitarizasiya zonasında onunla görüşüb hal-əhval tutmaq istədiyini yazmışdı. ABŞ Prezidenti KXDR lideri ilə belə qısa görüşün yaxşı ola biləcəyini də qeyd edib.