Modern.az

Səudiyyəli nazir: “OPEC plus” sazişi 9 ay müddətinə uzadılacaq

Səudiyyəli nazir: “OPEC plus” sazişi 9 ay müddətinə uzadılacaq

Aktual

30 İyun 2019, 11:11

Neft hasilatının azaldılması üzrə "OPEC plus" sazişi 9 ay müddətinə uzadılacaq.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih deyib.

X. əl-Falih bildirib: "Düşünürəm ki, 9 ay müddətinə uzadılma olacaq".

Neft hasilatının daha da azaldılmasının məqsədəuyğunluğu barədə jurnalistlərin sualını cavablandıran nazir "bazarın buna ehtiyacı olduğunu düşünmədiyini" bildirib.

Səudiyyəli nazirin sözlərinə görə, neftə tələbat "bir az aşagı düşür", ümumilikdə isə yaxşı səviyyədə qalır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı