Modern.az

Ağsuda “Mersedes” hasara çırpıldı, sürücü öldü

Ağsuda “Mersedes” hasara çırpıldı, sürücü öldü

Aktual

30 İyun 2019, 17:28

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saat 3:00 radələrində rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

 

Həmin kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Binas Niyaz oğlu “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü B.Rzayev təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti getdikcə ağırlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı