Modern.az

Karateçilərimiz II Avropa Oyunlarının finalında uduzdular - YENİLƏNİB

Karateçilərimiz II Avropa Oyunlarının finalında uduzdular - YENİLƏNİB

Aktual

30 İyun 2019, 19:12

75 kq çəki dərəcəsində II Avropa İtyblarının final döyüşünə çıxan  karateçimiz Rafael Ağayev də uduzub. O, həlledici qarşılaşmada A ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib və məğlub olaraq, gümüş medal qazanıb. 

***

Azərbaycan yığmasının karateçisi Rafael Ağayev və Firdovsi Fərzəliyev Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının yarımfinal döyüşünü keçiriblər.

Modern.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən R.Ağayev estoniyalı Pavel Artamonovla üz-üzə gəlib. Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. O, həlledici görüşdə ukraynalı Stanislav Horuna ilə qarşılaşacaq.

Firdovsi Fərzəliyev (60 kq) yarımfinalda Rusiya təmsilçisi Yevgeni Plakhutinlə üz-üzə gəlib. Qalib gələn F.Fərzəliyev finala vəsiqə qazanıb. O, həlledici görüşdə latviyalı Kalvis Kalninslə üz-üzə gəlib.
Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev finalda Latviya təmsilçisinə məğlub olaraq, gümüş medalla kifayətlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı