Modern.az

Avropa Oyunları bayrağının Polşaya ötürülmə mərasimi olmayacaq

Avropa Oyunları bayrağının Polşaya ötürülmə mərasimi olmayacaq

Aktual

30 İyun 2019, 18:59

Bu gün keçiriləcək "Minsk 2019" II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu "Minsk 2019"un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədbir zamanı Oyunların bayrağı sadəcə endiriləcək. Xomiç bağlanış zamanı müasir Belarusun nümayiş etdiriləcəyini də əlavə edib.

Mətbuat konfransında mərasimə hazırlıq üzərində 500-dək şəxsin çalışdığı da vurğulanıb.

Bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı