Modern.az

Dünyanın ən böyük hava limanının tikintisi başa çatıb

Dünyanın ən böyük hava limanının tikintisi başa çatıb

Aktual

30 İyun 2019, 20:59

Dünyanın ən böyük beynəlxalq hava limanının tikintisi başa çatıb.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu hava limanı Çinin paytaxtı Pekində inşa edilib.

"Dasin" beynəlxalq hava limanının tikintisinə 60 milyard dollara yaxın vəsait xərclənib.

"Qızıl simurq" formasında yalnız bir terminalı və 1 milyon kvadrat metr ərazisi olan hava limanının açılışı sentyabrın 30-una nəzərdə tutulub.

Qeyd edək ki, "Dasin" hava limanı Pekinin cənubunda, şəhərin mərkəzində 46 kilometr aralıda yerləşir. Hava limanın tikintisi 2016-cı il 15 mart tarixində başlamışdı.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...