Şəmkir rayonunda yıxılaraq xəsarət aldığını deyən şəxsin bıçaqlandığı məlum olub.
Modern.az "Report"a istinadən xəbər verir ki, 38 yaşlı İntiqam Əliyev şəxsi mübahisə zəminində qardaşı Hafiz Əliyev tərəfindən bıçaqlanıb.
Məlumata görə, 1981-ci il təvəllüdlü şəxs İntiqam Əliyev qarın nahiyəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya gedib. O, dərhal həkimlər tərəfindən cərrahiyyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.