Modern.az

Fransada istidən minlərlə balıq məhv oldu

Fransada istidən minlərlə balıq məhv oldu

Aktual

1 İyul 2019, 00:41

Fransada şiddətli istilər nəticəsində minlərlə balıq məhv olub.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, Fransanın Buş-dü-Ron (Bouches-du-Rhone) departamentindəki Bolmon gölündə minlərlə balıq ölərək suyun üzünə və sahilə çıxıb.

Gölün yerləşdiyi Marinyan (Marignane) şəhərinin meri hadisəni təbii fəlakət adlandırıb və bunun Fransada artıq bir neçə gündür davam edən şiddətli istilər nəticəsində baş verdiyini bildirib. Balıqların, həddindən artıq isti keçən havalar səbəbindən suda oksigen çatışmazlığı nəticəsində məhv olduqları güman edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı