Modern.az

Naməlum şəxs uçuş vaxtı təyyarədən yıxılıb öldü

Naməlum şəxs uçuş vaxtı təyyarədən yıxılıb öldü

Aktual

2 İyul 2019, 00:14

Britaniyanın paytaxtı Londonda naməlum şəxs uçuş vaxtı təyyarədən yıxılıb.

Modern.az  “RİA Novost”yə istinadən xəbər verir ki, bu barədə  Britaniya polisi məlumat yayıb.

Məlumata görə, o, uçuş zamanı şassi bölməsindən düşüb. Londonda keçirilmiş axtarışlardan sonra, onun meyiti Klepam ərazisində, şəxsi evin həyətində tapılıb.

Hazırda həkimlər və polislər ölənin şəxsiyyətini müəyyənləşdirirlər. Məlumata görə, onun meyiti tanınmaz hala düşüb.

Polis hesab edir ki, kişi biletsiz sərnişin olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı