Modern.az

Bu gün Günəş tutulması baş verəcək

Bu gün Günəş tutulması baş verəcək

Aktual

2 İyul 2019, 08:31

Bu gün - iyulun 2-də bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək

Modern.az xəbər verir ki, bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, bu təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!