Modern.az

Hacıqabulda 7 yaşlı qızın başına daş dəydi, öldü

Hacıqabulda 7 yaşlı qızın başına daş dəydi, öldü

Aktual

2 İyul 2019, 09:57

Hacıqabul rayonunda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini, 2012-ci il təvəllüdlü Rəhimova Şəhanə Həsən qızı həmyaşıdları ilə oynayarkən ona atılan daş baş nahiyyəsinə dəyib. Ağır kəllə-beyn travması alan azyaşlı qız Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...