Modern.az

Yayda uşaqların düzgün və sağlam qidalanması üçün nə etməliyik?

Yayda uşaqların düzgün və sağlam qidalanması üçün nə etməliyik?

Aktual

2 İyul 2019, 15:30

Yay aylarında temperaturun artması ilə özünü göstərən problemlərdən xilas olmaq üçün uşaqların düzgün və sağlam qidalanmağıni təmin etməlisiniz. Qızmar günəşli yay aylarında qızdırma, başgicəllənmə, yorğunluq və zəiflik kimi şikayətlər hər kəsin qaçılmaz problemlərindən biridir. Ən ümumi problem baş ağrısı, ürəkbulanma, qusma, başgicəllənmə, həddindən artıq yorğunluq, zəiflik və gün vurmasıdır. Əgər bu baş verərsə, dərhal sərin bir yerdə əyləşib və çox maye qəbul etməlisiniz.

Uşaqlar yemək vərdişlərində valideynlərindən örnək aldıqlarından valideynlərin də bir masa arxasında istehlak edəcəyi qidalara diqqət yetirərək, sağlam qidalara üstünlük verməsi çox vacibdir.

Yay aylarında qida zəhərlənməsi riski daha yüksəkdir. Dondurma, toyuq, süd və qaymaqlı qidalar tez xarab olduğundan və ya saxlama şəraitinin düzgün olmadığından zəhərlənmə halları (qusma, qızdırma, ishal) qaçılmazdır. Buna görə etibar etdiyiniz korporativ markaların məhsullarını seçdiyinizə əmin olun. Goyərti və meyvələri təmiz və sirkəli su ilə yuyun.

Meyvələr uşaqların sağlam qidalanmasinda vacib bir yerə sahibdir. İnsan sağlamlığına olan faydaları da qaçılmazdır. Hər bir meyvə müxtəlif vitamin və minerallardan ibarətdir. Buna görə vucudumuza olan faydaları da fərqlidir. Meyvələrin tərkibində olan A, C və E vitaminləri bədənimizin həyati funksiyalarını qoruyan antioksidanlardır. Xüsusilə C vitamini olan meyvələr dəmirin sorulmasını asanlaşdırır və bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bundan əlavə,albalı,ərik,şaftalı, banan, qarpız və qovun kimi meyvələrdə olan vitaminlər immun sistemini gücləndirdiyi üçün uşaqlara verilməsi tövsiyə olunur.

“Fast food” restoranlarında yeyilən qidaların tərkibində A, C vitaminləri və kalsium çox azdır. İnsan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin az qəbul edilməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır. Fast foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Tərkibində kofein olan maddələr dəmirin bədəndən sorulmasının qarşısını alır.

 

Uşaqların sağlam qidalanmasında Diqqət edəcəyimiz 10 məsləhət.

1. Uşaqları şəkərli və qazlı içəcəklərdən uzaq tutun. Evdə hazırlanmış təbii kampot, dovğa və ya ayran içirin.

2. Təkidlə yemək yemələri üçün məcbur etməyin. Yayda iştah azalır deyə yüngül qidalara üstünlük verin.

3. Masaya qoyduğunuz sağlam qidaların sağlamlığa faydalı olduğunu uşaqlara başa salın.

4. Altı yaşa qədər uşaqların qidalanmasında mütləq pediatr ilə məsləhətləşin.

5. Uşaqları şirniyyatlardan çox istifadə etməkdən uzaq tutun. Məsələn, dondurmada bağırsaq çöpləri olmadığını dəqiq bilmirik.

6. Uşaqları Fast Food- hazır ayaqüstü tez hazırlanan qidalardan uzaq tutun (dönər, burger, fri kartof və.s)

7. Uşaqları hisə verilmiş məhsullardan uzaq tutun.

8. Uşaqları konserva məhsullarından uzaq tutun.

9. Uşaqların yeməklərində trans yağ əvəzinə, quyruq və ya kərə yağından istifadə edin. Salatlarına isə Extra Virgin zeytun yağı əlavə edin.

10. Sağlam qidalanma ilə yanaşı, uşaqlarınız üçün idman da vacibdir (üzgüçülük, futbol, gimnastika, voleybol və s.).

 

Azərbaycan Milli Kulinariya Assosiasiyasının İH-nin üzvü, qida texnoloqu Ağa Salamov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı