Modern.az

IV qrup üzrə ən yüksək bal toplayan ABİTURİYENT: “Bu mənim üçün sadəcə, motivasiyadır”

IV qrup üzrə ən yüksək bal toplayan ABİTURİYENT: “Bu mənim üçün sadəcə, motivasiyadır”

Aktual

2 İyul 2019, 18:52

"Bu uğuruma sevinib, digər hədəflərimi gözardı etmək istəmirəm.  400  bal mənim üçün sadəcə, motivasiyadır".

Modern.az xəbər verir ki, bu sözləri  AzEdu.az-a açıqlaması zamanı IV ixtisas qrupu üzrə 400 bal  toplayan, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Rüstəm Həsənov deyib. O, hələ hər şeyin başlanğıc olduğunu qeyd edib:

"Qarşıda daha çox hədəfim var. İmtahanın I mərhələsindən 393 bal toplamışam. Ümumi nəticəm 687 bal oldu.  Yaxşı oxuyan abituriyent üçün imtahanın yeni qaydalarla təşkili heç bir problem yarada bilməz".

Qeyd edək ki, bu gün 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı