Modern.az

“İmtahan çox rahat keçdi” - Qəbulda yüksək bal toplayan abituriyent

“İmtahan çox rahat keçdi” - Qəbulda yüksək bal toplayan abituriyent

Aktual

2 İyul 2019, 19:08

"İmtahan çox rahat keçdi. Yaz qəbul imtahanında həyəcanlanlı olsam da, bu imtahanda heç həyəcanlanmadım".

 

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı I ixtisas qrupu üzrə 400 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Sevər Cəfərli deyib. O, yaz qəbul imtahanlarında 385 bal toplayıb:

"Ümumi nəticəm 684,2 bal oldu. Suallar yeni tipli olduğu üçün Azərbaycan dili fənnindən daha əvvəl rastlaşmadığımız suallar var idi. Lakin elə də çətinlik yaşamadım. Məktəbdə bu cür suallara hazırlaşmışdıq. I ixtisas qrupunu seçəndən hədəfim 700 bal və Bakı Ali Neft Məktəbi olub".

Qeyd edək ki, bu gün 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı