Modern.az

Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat etdi

Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat etdi

Aktual

2 İyul 2019, 20:11

Azərbaycanın ilk rok qrupu olan "Yuxu"nun yaradıcısı İbrahim Emin vəfat edib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, İ. Emin bu gün 56 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməkdən başqa qrupda bass gitarist kimi ifa edib.

İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” qrupunu yaradıb. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı