Modern.az

Günəş tutuldu: 2 saat 55 dəqiqə davam etdi

Günəş tutuldu: 2 saat 55 dəqiqə davam etdi

Aktual

2 İyul 2019, 21:28

Bu gün Bakı vaxtı ilə saat 20:55-də tam Günəş tutulması başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının  Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a  verilən məlumata görə, bu gün yerli vaxtla saat 20:55-də başlayan təbiət hadisəsi 3 iyul 01:50-də başa çatıb.


Məlumata görə,  proses Çili, Argentina, Cənubi Amerika və Sakit okeanın cənubundan aydın görünüb.

Qeyd edək ki, növbəti Günəş tutulması dekabrın 26-na təsadüf edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı