Modern.az

Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır

Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır

Aktual

2 İyul 2019, 22:24

Ölkədə əhalinin növbəti siyahıya alınması ilə bağlı hazırlıq prosesi başa çatıb, bütün metodoloji baza hazırlanıb.

Modern.az-ın  məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, hazırda materialların, sorğu, siyahıya alınma vərəqələrinin yerlərə çatdırılması prosesinə başlanılıb.

"Eyni zamanda, avqustun sonu, sentyabrın əvvəlindən siyahıya alınma prosesinə cəlb olunacaq işçilərin təlimatlandırılması prosesinə start veriləcək. Hər bir rayon üçün təşkilatı planlar işlənilib. İcra hakimiyyəti rəhbərləri ilə razılaşdırılıb və Dövlət Statistika Komitəsində təsdiq olunub. Hər 300 nəfər əhali üçün 1 sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və 5 sayıcıya bir təlimatçı nəzarətinin müəyyən olunması nəzərdə tutulub. Bu hesabla cəlb olunacaq işçilərin sayı müəyyənləşəcək", - deyə T.Budaqov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı