Modern.az

Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişlədi

Şəkidə 7 yaşlı uşağı sahibsiz it dişlədi

Aktual

3 İyul 2019, 00:57

Axşam saatlarında Şəkinin Kiş kənd sakini 2012-ci il təvəllüdlü Səid Şamxal oğlu Kərimov it dişləməsi xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Modern.az  xəbər verir ki, Tibb müəssəsindən APA-ya verilən məlumata görə,  S.Kərimov yaşadığı evin yaxınlığında küçə ilə gedərkən sahibsiz itin hucumuna məruz qalıb. İt S.Kərimovun başın sol  təpə nahiyəsini, sol yanağını və sağ gözün üst qapağını dişləyərək xəsarət yetirib.

S.Kərimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı