Modern.az

Avrasiya paytaxtlarının yazarları Nur-Sultana yığışır

Avrasiya paytaxtlarının yazarları Nur-Sultana yığışır

Aktual

3 İyul 2019, 02:37

4-5 iyul tarixlərində qardaş Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Avrasiya paytaxtları Yazıçıları, Şair və Publisistlərinin I Xalqlararası Forumu” keçiriləcək.

Modern.az xəbər verir ki, forum iştirakçıları bu il “Dünya ədəbiyyatı: streotiplərdən arınmaq” ümumi mövzusu ətrafında fikir mübadiləsi aparacaq.


İyirmidən artıq ölkədən nümayəndənin qatılacağı forumda Azərbaycanı Atatürk Mər­kəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı təmsil edəcək.

İlk dəfə düzənlənən forum Qazaxıstan Yazıçılar Birliyi ilə Nur-Sultan şəhər hakimliyinin təşkilatçılığı, digər uyğunprofilli qurum və quruluşların dəstəyi ilə Qazaxıstan paytaxtındakı Milli Muzeydə keçiriləcək.

Dünya şöhrətli qazax şairi Oljas Süleymenov da forumun fəxri qonaqları sırasındadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...