Modern.az

ABŞ təyyarəsi səhvən öz ərazisini bombaladı

ABŞ təyyarəsi səhvən öz ərazisini bombaladı

Aktual

3 İyul 2019, 19:24

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı uçuş zamanı quşla toqquşduqdan sonra Florida ştatına təlim bombaları atıb.

 

Modern.az-a məlumatına görə, texniki qüsur nəticəsində 3 ədəd 11 kiloqramlıq partlamayan bomba yerə düşüb.

Hazırda həmin bombaların axtarışları aparılır. Sakinlərə həmin maddələrə yaxınlaşmamaq tövsiyə edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!