Modern.az

Müəllimlərin işə qəbulu ilə bağlı ərizələrin qeydiyyatı başa çatıb

Müəllimlərin işə qəbulu ilə bağlı ərizələrin qeydiyyatı başa çatıb

Aktual

4 İyul 2019, 11:59

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

 

Modern.az xəbər verir ki, cari ilin 24 iyun – 3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib. Elektron ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 52 638 namizədin ərizəsi qəbul olunub.

İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək.

Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı