İcməli su sahəsində yaranmış problemlərlə bağlı Goranboy rayon icra hakimiyyətində müşavirə keçirildi.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə Goranboy şəhərinin icməli su kəmərinin normal fəaliyyətinin təmin edilməməsi, yağışlı havalarda şəhərə içməli suyun gün ərzində verilməməməsi əksər hallarda bulanıq halda verilməsi, su xətlərində baş vermiş nasazlıqların operativ şəkildə aradan qaldırılmaması və nəticədə şəhərin küçələrinin asfalt örtüyünün sıradan çıxmasından, eyni zamanda Veyisli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbənin və Qaraçinar kəndində məskunlaşmış məcburi köçkünlərə icməli suyun verilməsində yaranmış problemlə bağlı məsələlər geniş müzakirə edildi.
Məhərrəm Quliyev bu sahəyə məsul olan rəhbər işçilərə qısa müddətdə mövcud nöqsanların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi.