Modern.az

Binəqədi sakini evində halsız vəziyyətdə aşkarlandı  

Binəqədi sakini evində halsız vəziyyətdə aşkarlandı  

Aktual

4 İyul 2019, 19:14

Binəqədi sakini evində halsız vəziyyətdə aşkarlanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı