Modern.az

Rusiyaya qarşı  sanksiyaların müddəti uzadıldı

Rusiyaya qarşı  sanksiyaların müddəti uzadıldı

Aktual

4 İyul 2019, 21:26

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iyulun 31-də müddəti başa çatan iqtisadi sanksiyalarını rəsmən daha 6 ay uzadıb.

Modern.az  Rusiya mediasına istinadən  xəbər verir ki, Avropa İttifaqı Şurasının iyunun 4-də verilən açıqlamasında Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı sanksiyaları 2020-ci il 31 yanvar tarixinədək uzatdıqları bildirilir.

Sənəddə bu qərarın 20-21 iyun tarixlərində Aİ sammitində sanksiyaların bağlı olduğu Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparılan müzakirələrdən sonra verildiyi qeyd olunur.

Qeyd edək ki, 2014-cü ildə Avropa İttifaqı Ukraynanın şərqindəki hərbi münaqişə və Krım yarımadasının ilhaqı bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sonradan onların müddətini uzadıb, əhatəsini isə genişləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı