ABŞ-ın Kalifroniya ştatında baş verən zəlzələ ciddi problemlər yaradıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində iri qaz kəmərində sızma baş verib və nəticədə 5 müxtəlif nöqtədə yanğın qeydə alınıb.
Həmçinin, şəhərin bəzi yaşayış binaları da elektrik enerjisindən məhrum olub.
***
ABŞ-ın Kalifroniya ştatının cənub ərazilərində 6,6 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə 17:33-də qeydə alınıb.
Zəlzələnin episentri Rickrest şəhərindən 18 km şimal-şərqdə, ocağı isə 8, 7 km dərinlikdə yerləşib.
Hələlik dağıntı və tələfatla bağlı məlumat verilmir.