Modern.az

İstirahət günlərinin HAVASI: Yağış yağacaq, 36 dərəcə isti olacaq

İstirahət günlərinin HAVASI: Yağış yağacaq, 36 dərəcə isti olacaq

Aktual

5 İyul 2019, 17:50

İstirahət günlərində gözlənilən hava hava proqnozu açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda  fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək. 

 

Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb  küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.  

 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq.  Yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı