Modern.az

“ABŞ-la Azərbaycan arasında əməkdaşlıq güclənməkdədir" - SƏFİR

“ABŞ-la Azərbaycan arasında əməkdaşlıq güclənməkdədir

Aktual

5 İyul 2019, 20:04

“ABŞ-la Azərbaycan arasında əməkdaşlıq güclənməkdədir.  Biz bu gün həm də inkişaf etmiş ABŞ və Azərbaycan dostluğunu qeyd edirik. Ölkəniz müstəqilliyini yenidən bərpa etdiyi andan ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyib. ABŞ-la Azərbaycan arasında əlaqələrin həm də parlaq gələcəyi var”.



Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberq 4 iyul Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.


Səfir qeyd edib ki, iki ölkə arasında  əlaqələrin inkişafı üçün o da bütün səyləri göstərəcək: "Azərbaycanın dünya səhnəsində rolu artmaqda ikən, biz sizin yanınızdayıq. ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı