Modern.az

Bakıda yük maşını aşdı:  Biləcəri-Binəqədi dairəsi bağlandı

Bakıda yük maşını aşdı:  Biləcəri-Binəqədi dairəsi bağlandı

Aktual

5 İyul 2019, 21:17

Bakının Binəqədi rayonunda yük maşını qəza törədib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi dairəsində baş vermiş hadisə zamanı "KamAZ" markalı yük maşınının yük qoşqusu aşıb.

Nəticədə qoşquda olan taxta materiallar yola dağılıb. Qəza səbəbindən dairədə və ora yaxın yollarda güclü tıxac yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı