Sabirabad rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şıxsalahlı kənd ərazisində baş verib.
İlkin məlumata görə, “Qaz-31” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Onlar Sabirabad rayon sakinləri, 1957-ci il təvəllüdlü Kazımov Lazım Hüseyn oğlu, 2002-ci il təvəllüdlü Qədirov Səmid İlqar oğlu, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu, Şirvan şəhər sakinəri, 2001-ci il təvəllüdlü Qarayev Ramal İlham oğlu, 2005-ci il təvəllüdlü Qədirov Rəşad Emin oğlu və 1987-ci il təvəllüdlü Baxşıyev İlkin Əli oğludur.
Dilqəm Vəliyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digər xəsarət alanlar ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.