Modern.az

Goranboyda 65 yaşlı kişi atdan yıxılıb öldü

Goranboyda 65 yaşlı kişi atdan yıxılıb öldü

Aktual

6 İyul 2019, 10:54

Goranboy rayon sakini atdan yıxılaraq ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Erkəc kəndi ərazisində baş verib.

Rayonun Qarasüleymanlı kənd sakini, 1954-cü il təvəllüdlü Mehdiyev Mehdi Ağamməd oğlu Erkəc kəndindəki Qulandağ adlanan ərazidə mal-qara otararkən atdan yıxılıb.

 

M.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı