Modern.az

“Tank mərmisinin partlaması dünya ordularında..” – Hərbi ekspert

“Tank mərmisinin partlaması dünya ordularında..” – Hərbi ekspert

Aktual

6 İyul 2019, 15:05

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.



Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub, gizir Məmmədov Nurlan Rəhim oğlu isə ağır yaralanıb.

 

İnsidentlə hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlama verib.

 

“Harda döyüş vasitələri varsa, bu kimi halların baş verməyi mümkündür. Müdafiə Nazirliyinin də verdiyi məlumata görə bu hadisə tank mərmisinin hərbi qulluqçunun əlindən düşməsi ilə baş verib. Gizir və kiçik çavuş olmaqla 2 hərbiçimiz həlak olub. Hər ikisi müddətdən artıq hərbi xidmət keçmiş peşəkarlar olub. Onlar ilk dəfə deyildi bu işlə məşğul olurdular. Hazırda faktla bağlı araşdırma aparılır. Lazım olan qərarlar qəbul ediləcək. Böyük itkidir. Dünya ordularında da bu kimi hadisələr baş verir. Sözsüz ki, fakt araşdırıldıqdan sonra təhlükəsizlik qaydalarına necə əməl olunduğu bilinəcək”.

 

Nuranə DAXİLQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı