Modern.az

Gəncədə keçmiş məhkumdan silah-sursat götürülüb

Gəncədə keçmiş məhkumdan silah-sursat götürülüb

Aktual

6 İyul 2019, 16:05

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Həsən Quliyevin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lüləli, 16 kolibirli ov tüfəngi və 6 ədəd 16 kolibirli patron aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı