Modern.az

Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb

Qədim Şəki və Xan Sarayı Dünya İrs Siyahısına salınıb

Aktual

7 İyul 2019, 13:44

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

 

Müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

 

Qeyd edək ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun 2012-ci ildə keçirilən sessiyasında müzakirəyə çıxarılsa da İCOMOS nominasiyanı Dünya İrs Siyahısına daxil etməyib. Lakin 2017-ci ildə keçirilən sessiyada İCOMOS təklif edib ki, ərazidə əlavə konservasiya işləri aparılsın və bundan sonra müzakirəyə çıxarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!