Modern.az

Azərbaycan gimnastı Universiadada qızıl medal qazandı

Azərbaycan gimnastı Universiadada qızıl medal qazandı

Aktual

7 İyul 2019, 14:56

Azərbaycanın idman gimnastı Marina Nekrasova İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.

 

Modern.az-ın məlumatına görə, 24 yaşlı idmançı qadınlar arasında fərdi yarışda 14,000 xalla 1-ci yeri tutub. O, rusiyalı ən yaxın izləyiciləri Liliya Axaymova (13,975) və Yana Fyodorovanı (13,925) üstələməyi bacarıb.

 

Qeyd edək ki, bu, Azərbaycanın Universiadada ikinci medalı olub. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!