Modern.az

Neftçalada dəhşətli qəza: Ölən və yaralananlar var   

Neftçalada dəhşətli qəza: Ölən və yaralananlar var   

Aktual

7 İyul 2019, 17:59

Neftçalada 1 nəfərin ölümü, 3 nəfərin xasarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Tatarməhlə kəndi ərazisində qeydə alınıb. Magistralda hərəkətdə olan “Mercedes” markalı avotmobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Salyan şəhər sakini Əminə Hüseynova dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər - Eldəniz Hüseynov, Samir Məmmədov və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!