Modern.az

Astarada ər arvadını bıçaqlayıb

Astarada ər arvadını bıçaqlayıb

Aktual

7 İyul 2019, 21:11

Astarada ər arvadına 5 bıçaq zərbəsi vurub.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolatan kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Cəfər oğlu Quliyev həyat yoldaşını atası evində bıçaqlayıb.

Döş qəfəsindən bıçaq xəsarətləri alan 1983-cü il təvəllüdlü Elazə Şirməmməd qızı Quliyeva dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!