Modern.az

Salyandakı qəzada bir ailənin 4 üzvü yaralandı

Salyandakı qəzada bir ailənin 4 üzvü yaralandı

Aktual

7 İyul 2019, 23:07

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a  istinadən  xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Prado” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu, həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahimoğlu və 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. C. Tahirlinin vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!