Modern.az

Rəqibini 5 saniyədə məğlub edib rekorda imza atdı

Rəqibini 5 saniyədə məğlub edib rekorda imza atdı

Aktual

7 İyul 2019, 23:59

Amerikalı döyüşçü Xorxe Masvidal UFC tarixində rekorda imza atıb.

Modern.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, rəqibini 5 saniyə ərzində məğlub edib.

Hadisə Las-Veqasda keçirilən UFC 239 turnirində baş verib. Döyüşün əvvəlində həmvətənlisi Ben Askrenanın üstünə şığıyan Masvidal onu nokdauna salıb. Bundan sonra matç dayadırılıb.

Qeyd edək ki, bundan əvvəlki rekord amerikalı Dueyn Lüdviqə məxsus idi. O, 2006-cı ildə kanadalı Conatan Quleni 6 saniyə ərzində məğlub etmişdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!