Modern.az

Bakıda yük maşını "BakuBus" avtobusuna çırpıldı: Yaralılar var

Bakıda yük maşını "BakuBus" avtobusuna çırpıldı: Yaralılar var

Aktual

8 İyul 2019, 00:17

Gecə saatlarında Suraxanı rayonu ərazisində, Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, "Ford" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində 175 saylı xətt marşrutu üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlər arasında isə xəsarət alan olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!