Modern.az

Messi 2 il futbolsuz qala bilər

Messi 2 il futbolsuz qala bilər

Aktual

8 İyul 2019, 00:43

Hücumçu Lionel Messi iki il müddətinə Argentina yığmasında iştirakından kənarlaşdırıla bilər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) argentinalı forvarddan şikayət edəcəyi halda baş verə bilər. Belə ki, L. Messi Çili yığması ilə keçirilən qarşılaşmada federasiyanı korrupsiyada ittiham edib bəyan etmişdi ki, bütün turnir onun sahibi – Braziliyanın qalibiyyətinə hesablanıb. Futbolçu hətta mükafatlandırma mərasimində də iştirak etməmişdi.

Bununla belə, CONMEBOL-un argentinalını cəzalandırıb-cəzalandırmayacağı isə hələ məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...