Modern.az

Bakıda hosteldə turistin pulunu oğurladılar

Bakıda hosteldə turistin pulunu oğurladılar

Aktual

8 İyul 2019, 13:02

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə  400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib. 

 

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

 

Araşdırma aparılır. 

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı