Modern.az

Deputat seçicilərini dinlədi  

Deputat seçicilərini dinlədi  

Aktual

8 İyul 2019, 13:59

Deputat Kamilə Əliyeva növbəti dəfə Zaqatala və Balakən rayonlarında seçiciləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Zaqatalanın Aşağı Çardaxlar və Balakənin Qaravəli kəndlərində baş tutub.

İlk olaraq Kamilə Əliyeva son altı ay ərzində respublikanın həyatında baş verən sosial islahatlar, Prezident İlham Əliyev tərəfindən bu sahədə imzalanmış fərman və sərəncamlar haqqında seçicilərinə geniş məlumat verib.

O qeyd edib ki, altı ay ərzində büdcəyə daxil olmuş əlavə vəsaitlər bütün kateqoriyadan olan əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilib. Dövlət büdcəsindən maliyyələşdirilən demək olar bütün müəssisə və təşkilatlarda əmək haqları nəzərə çarpacaq dərəcədə yüksəlib.

Daha sonra deputat seçicilərini dinləmiş, onların qaldırdıqları bütün məsələlər qeydiyyata alınmış, bir çoxu isə yerindəcə həllini tapıb. Bundan əlavə Kamilə Əliyeva Zaqatalada yerləşən deputat ofisində də seçicilərini qəbul etmiş, onları narahat edən bir çox məsələlərin həllinə yardımçı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı