Modern.az

Erkən banlayan xoruz məhkəməyə verildi

Erkən banlayan xoruz məhkəməyə verildi

Aktual

8 İyul 2019, 22:06

Fransanın Şaranta departamentində qonşular xoruzu və onun sahibini məhkəməyə veriblər.

Modern.az  "Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb xoruzun ətrafdakıların yatmasına mane olmasıdır.

Qonşular hesab edir ki, Moris adlı xoruz çox erkən banlamağa başlayır və bu, onların rahatlığını pozur.

Bu səbəbdən xoruzun sahibi Fessodan 1000 avro kompensasiya tələb olunur. Əldə ediləcək məbləğ xeyriyyə işlərinə sərf olunacaq.

Qeyd edək ki, tərəflər 4 iyul tarixində keçirilən məhkəmədə iştirak etməyiblər. Məhkəmənin sentyabrın əvvəllərində sözügedən məsələ ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı