Modern.az

Bakı-Tbilisi qatarı yolda qaldı - YENİLƏNİB

Bakı-Tbilisi qatarı yolda qaldı - YENİLƏNİB

Aktual

9 İyul 2019, 00:54

Bakı-Tbilisi sərnişin qatarı yolda qalmasına səbəb elektik  naqillərində baş verən qısaqapanma olub. 

Məlumata görə, hazırda hadisə yerində təmir işlərinə başlanılıb.

 

****


Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb.

Modern.az xəbər verir ki, qatardakı sərnişinlərdən birinin APA-ya verdiyi məlumata görə, hadisə dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qatarın hərəkətinin dayanması elektrik naqilində yaranmış nasazlıqla əlaqədar olub.

Sərnişinin bildirdiyinə görə, hazırda qatarın qapıları bağlıdır və hərəkətin nə zaman bərpa olunacağı barədə onlara məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı