Modern.az

Dövlət Əmək Müfəttişliyi Xidməti  bu il 7688 müraciəti cavablandırıb  

Dövlət Əmək Müfəttişliyi Xidməti  bu il 7688 müraciəti cavablandırıb  

Aktual

9 İyul 2019, 09:46

 

2019-cu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 7688 vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb.

 

Modern.az xəbər verir ki, onlardan 3964-nü şikayət məzmunlu ərizələr, 3016-nı müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş sorğu xarakterli məktublar təşkil edib.  Qalan müraciətlər isə Xidmətin əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilmiş 708 vətəndaş tərəfindən edilib. 

 

Sorğu məzmunlu müraciətlərlə əlaqədar vətəndaşlara əmək qanunvericiliyinin aidiyyəti maddələri və onların tətbiqi ilə bağlı izahatlar verilib, digər müraciətlərlə bağlı müvafiq araşdırma aparılmaqla nəticəsinə uyğun tədbirlər görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı