Modern.az

Sərxoş vəziyyətdə qaçırdığı “Mersedes”i divara çırpdı

Sərxoş vəziyyətdə qaçırdığı “Mersedes”i divara çırpdı

Aktual

9 İyul 2019, 11:22

 

Balakəndə sərxoş vəziyyətdə avtomobil qaçıran şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə,  iyulun 8-də Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qabaqçöl qəsəbəsi ərazisində divara çırpılmış və ön hissəsi əzilmiş vəziyyətdə “Mersedes” markalı avtomobil aşkar ediblər. 

Aparılmış araşdırmalarla həmin avtomobilin rayonun Qullar kənd sakini Nurlan Osmanova məxsus olduğu müəyyən edilsə də, ancaq onun Balakən şəhər sakini Abdulla Qarayev tərəfindən qaçırıldığı aşkar olunub. İlkin dindirilmə zamanı A.Qarayev hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, N. Osmanovla aralarında yaranmış mübahisə zəminində onun avtomobilini qaçırdığını bildirib.

  Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı