Modern.az

Zakir Həsənov BQXK-nin nümayəndəsi ilə görüşdü

Zakir Həsənov BQXK-nin nümayəndəsi ilə görüşdü

Aktual

9 İyul 2019, 16:43

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdə fəaliyyəti başa çatan Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüşüb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Görüşdə Müdafiə Nazirliyi ilə BQXK arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, cəbhəboyu zonada yerləşən hərbi hissələrin şəxsi heyətinin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

 

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkəmizlə beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəmədiyinə görə xanım E.Sesseraya təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı