Modern.az

Prezident yeni təqaüd təsis etdi  - SƏRƏNCAM

Prezident yeni təqaüd təsis etdi  - SƏRƏNCAM

Aktual

9 İyul 2019, 16:48

Prezident İlham Əliyev Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilsin.

 

Nazirlər Kabinetinə tapşırılır ki, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmasını təmin etsin; Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verilməsini təmin etsin; bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən adlı təqaüdün verilməsi qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı