Amerikalı milyarder Ross Pero dünyasını dəyişib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Electeonic Data Systems" korperasiyasının qurucusu olan Ross Pero bu gün 89 yaşında vəfat edib.
Ross Peronun ölümü barədə onun ailə üzvləri məlumat veriblər.
Qeyd edək ki, 1962-ci ildə "Electronic Data Systems" şirkətini quran gənc iş adamı şirkətin səhmlərini 1982-ci ildə "General Motors"a satır. Beləliklə, o, yeni nəsil biznesmenlərin hazırlığı ilə məşğul olur. 1986-cı ildə isə "NeXT Computer" şikətini quran milyarder "Apple" şirkətinin qurucusu Stiv Cobsa yatırım edir.
Xatırladaq ki, Ross Pero 1992-ci ildə ABŞ-da prezidentliyə namizəd kimi Corc Buş və Bill Klintona qarşı mübarizə aparıb.
Nəzrin Cavid